"ASAN xidmət"in struktur qurumları milli müsabiqənin qalibi olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən bir neçə qurum 6-cı milli “Brand Award Azerbaijan” müsabiqəsində ilk 5-liyə daxil olublar. Müsabiqə “Caspian Energy Club”un (CEC) təşkilatçılığı və AZPROMO və KOBİA-nın rəsmi dəstəyi ilə keçirilib.

Müsabiqə nəticələrinə görə ölkənin 2022-ci ildə ən çox tanınan 50 brendi seçilərək mükafatlandırılıb. Qaliblər sırasında "Bilim Bakı" mərkəzi 2-ci yer, "İnnovasiyalar Mərkəzi" 3-cü yer,"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi 4-cü yer, ASAN İnnovativ İnkişaf Mərkəzi isə 13-cü yeri tutub.

Müsabiqənin qalibləri 22.08.22 - 12.09.22 tarixində keçirilən onlayn sorğunun nəticələri əsasında müəyyən olunub. 250-dən çox milli korporativ, xidməti və məhsul brendinin yer aldığı müsabiqənin səsvermə mərhələsində müxtəlif ölkələrdən onminlərlə respondent iştirak edib.

““Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gələn 50 brend, həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən milli və regional “Brand Award” müsabiqələrinin qalibləri 2023-cü ilin əvvəlində “Brand Award International” yekun müsabiqəsində iştirak etmək imkanı qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə