Şəhidlərin əmanətləri ilə bağlı hansı işlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

Şəhidlər və onların əmanəti hər bir Azərbaycan vətəndaşı üçün önəmlidir. Biz onlara hər zaman borcluyuq və bu borcu əsla ödəyə bilmərik. Bəs, bu gün onlarla, onların əmanətləri ilə bağlı hansı işlər görülür? Onlar işlə təmin olunurmu? Mövzu ilə bağlı SİA-nın sorğusuna Dövlət Məşğulluq Agentliyinin strateji kommunikasiya departamentinin müdiri Mayis Musayev cavab verib.

Mayis Musayev ümumi olaraq qeyd edib ki, postmüharibə dövründə şəhid ailəsi üzvü, müharibə veteranı, müharibə iştirakçısı və digər bu kateqoriyaya daxil olan vətəndaşlardan 13 min 400 nəfər aktiv məşğulluq tədbirlərinə cəlb olunub: "Bundan əlavə 8 min vətəndaş özünəməşğulluq proqramına cəlb olunur. Hansı ki, özünəməşğulluq proqramı çərçivəsində müxtəlif kənd təsərrüfatı və xidmət istehsal zərfləri üzrə mal və materiallarla təmin olunublar".

Mayis Musayev sözlərinə belə davam edib: "Bu gün də onlar həmin o avadanlıqlarından istifadə edərək öz məşğulluqlarını təmin edirlər. Bu proses bu gün də davam edir.

Həmçinin, şəhid ailəsi üzvü, müharibə veteranı, müharibə iştirakçısı və digər bu kateqoriyaya daxil olan vətəndaşlar üçün peşə hazırlığı kursları təşkil olunur. Onlar bu kurslara cəlb olunur və əmək bazarının tələblərinə uyğun olaraq kursu keçdikdən sonra işlə təminatına dəstək göstərilir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə