Təmiz balı saxta baldan necə ayırd etmək olar? - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI

"Saf bal bir neçə xüsusiyyətinə görə, saxta baldan fərqlənir. Balı qaşıqla götürdükdə bal qaşıqdan su kimi süzülürsə və ya saqqız kimi uzanmırsa, deməli bu bal saxta baldır. Bundan əlavə olaraq balı soyuq havada saxladıqda əgər, həmin bal donursa, deməli saf baldır. Əgər, bal soyuq havada donmasa, şirə kimi qalsa deməli bu bal saxta baldır. Həmçinin balı su ilə qarışdırdıqda bal su ilə qarışsa, deməli həmin bal saf bal deyil". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, balın yaddaşı var: "Bal öz pətəyini yaddaşda saxlayır. Məsələn boşqaba bir çay qaşığı bal və yarım stəkan su tökürük. Saat əqrəbinin əksinə suyu üstündə gəzdiririk. Əgər, bal bir dəqiqə ərzində öz pətəyi şəklini alsa deməli həmin bal təmiz baldır. Bildiyimiz kimi təmiz bal boğazı yandırır.

Balın beynə çox böyük faydaları var. İmmun sistemini gücləndirir və eroksin maddəsinin artmasına səbəb olur. Eroksin maddəsi insanı yorğunluqdan qurtaran bir maddədir. Balın tərkibində faydalı elementlər olduğuna görə, insan orqanizminə faydaları çoxdur. Amma şəkər diabet xəstələri balı həkim nəzarəti altında istehlak etməlidir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə