ADPU-da geyimlə bağlı məhdudiyyət var? - QURUM RƏSMİSİ AÇIQLADI

Son günlər, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xanım tələbələrə geyimlə bağlı müəyyən məhdudiyyətlər qoyulması barədə müzakirələr hökm sürür. Bəs, bu nə dərəcədə həqiqətə uyğundur? SİA-nın sorğusuna ADPU-nun mətbuat katibi Cavid Hüseynov cavab verib.

Onun sözlərinə görə, ADPU-da geyimlə bağlı hər hansı bir qadağa yoxdur: "Lakin, müəllim yetişdirən bir təhsil müəssisəsi olaraq tələbələrin bu şərəfli peşəyə uyğun tərzdə geyinmələri tövsiyə olunur".

Cavid Hüseynov sözlərinə belə davam edib: "Müəyyən qədər səliqəsiz və müəllimlik adına yaraşmayan geyimlərə məhdudiyyət qoyulur. Lakin, konkret olaraq hündürdaban ayaqqabılarla bağlı heç bir qadağa yoxdur. Ümumi geyim tərzi məəsləsi var ki, bu da gələcəyin müəllimi olacaq tələbələr üçün tövsiyyə xarakteri daşıyır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə