İmişlidə yaralı hərbçi ziyarət olunub - FOTOLAR

İmişli rayonu Məzrəli kəndində 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri təxribat nəticəsində yaralanan hərbi qulluqçu Xəlilov Süleyman Havasət oğlunun qarşılanma mərasimi keçirilib. Uzun müddət hospitalda müalicə alan Süleyman Xəlilovu Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları evində qarşılayıblar. SİA xəbər verir ki, rayon təşkilatının sədri Səfa Ağayev yaralı hərbçilərimizə Allahdan şəfa diləyərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq xalqımızın qürur yerinə çevrilib. Bu gün hər bir Azərbaycan əsgəri bədnam qonşumuzun istənilən təxribatına layiqincə cavab vermək gücündə və qüvvəsindədir.

Daha sonra hərbi qulluqçunun ailə üzvlərinin qayğıları ilə maraqlanılıb, onların sosial-məişət problemlərinin həlli istiqamətində lazımi tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə