Keşlə qəsəbəsində suyun kəsilməsinin səbəbi açıqlandı - RƏSMİ

Nizami rayonu, Keşlə qəsəbəsinin bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı SİA-nın sorğusuna cavab olaraq bildirib ki, Nizami rayonu, Keşlə qəsəbi, Mətləb Ağayev küçəsində D=200 mm-lik xətdəki qəza ilə əlaqədar olaraq D=250 mm-lik siyirtmədən suyun təzyiqi qismən azaldılıb.

Onun sözlərinə görə, hazırda bununla əlaqədar təmir işləri aparılır: "Təmir prosesinin bu gün yekunlaşacağı gözlənilir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə