MEK-in fonduna müəlliflərdən yeni nəşrlər daxil olub

MEK-in fonduna müəlliflərdən yeni nəşrlər daxil olub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarına müəlliflər tərəfindən yeni nəşrlər hədiyyə olunub. SİA xəbər verir ki, nəşrlər sırasında “Tibb işçilərinin masaüstü kitabı. Zərifə Əliyeva 95”, İ.R. Mustafayeva, S.C. İbadullayeva, R.Ə. Ələkbərov, A.H. İsmayılov, H.Z. Qasımov və Ş.Ş. Qasımovanın “Farmakoqnoziya Botanikanın Əsasları ilə”, İ. Mustafayeva, M. Seyidbəyli və X. Çələbinin “Anatomiya, Fiziologiya və Patologiyanın Əsasları”, E. Quliyev, N. Qafarov və E. Allahverdiyevin “Qeyri-Neft Sənayesinin İqtisadiyyatı”, V. Şirinoğlunun “Cənubi Qafqazın İctimai-İqtisadi və Siyasi Vəziyyətinin Öyrənilməsində Zaqafqaziya Seyminin Sənədləri Mənbə Kimi”, K. Abdullanın “Kitabi-Dədə Qorqud”da Semantik Sayrışmalar.Mifolinqvistika”, E. Allahverdiyevin “Etibarlı Ərzaq Təminatında İdxaləvəzləyici İstehsalın Artırılması” və “Etibarlı Ərzaq Təminatının Problemləri və Göstəriciləri” kitabları, eləcə də

G. Ağamirzəyevanın “Keçid Elementləri Əsaslı Xalkogenidlər” və digər ədəbiyyatlar daxil olub.

Qeyd edək ki, bir çox elm sahələrini əhatə edən yeni nəşrlər arasında dərs vəsaitləri də yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com