Son zamanlar vətəndaşlar tərəfindən 535 nömrəli marşrutlardan şikayətlər gəlir. Vətəndaşlar bildirir ki, bu marşrutlar kiçikdir, içərisi çox sıxlıqdır, intervalda gecikmələr olur, natəmizdir və sürücüləri aqressivdir. Bəs, 535-lər niyə yenilənmir? Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən SİA-nın sorğusuna cavab verilib.
Agentlikdən bildirilib ki, Novxanı-Masazır-Xırdalan istiqamətində 535 nömrəli marşrutda 15 ədəd avtobus fəaliyyət göstərir: "Avtobusların hərəkət intervalı 8 dəqiqədir. Günün pik saatlarında interval 5-6 dəqiqəyə qədər azaldılır.
İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir.
Qeyd edək ki, avtobuslar sahibkarlara məxsusdur. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB