3 metrostansiyada girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb

3 metrostansiyada girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb

Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərin başlanması ilə əlaqədar sentyabr ayının 6-dan xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə 30 dəqiqə daha tez, saat 23:30-da bağlanaraq, qatarların hərəkətinə məhdudiyyət qoyulmuşdu.

Bakı metropolitenindən SİA-ya bildirilib ki, həmin işlərin birinci mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb.

"Sərnişinlər adi iş rejimi qaydasında Bənövşəyi xəttin stansiyalarının xidmətindən istifadə edə bilərlər. Xətt üzrə “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları hər gün saat 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq", - məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə