Bıçaqlanma halları daha çox hansı səbəblərdən olub? - QURUM RƏSMİSİ AÇIQLADI

Bıçaqlanma halları daha çox hansı səbəblərdən olub? - QURUM RƏSMİSİ AÇIQLADI

Bıçaqlanma halları daha çox hansı səbəblərdən olub?

Bu barədə SİA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

Onun sözlərinə görə, həyat və sağlamlıq əleyhinə olan cinayətlər insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd davranışlardır: “Şəxsiyyət əleyhinə olan cinayətlər sırasında qəsdən adamöldürmə, qəsdən sağlamlığa zərərvurma, xuliqanlıq və digər ictimai təhlükəli əməllər var ki, törədilmə üsul və vasitələrinə görə, o cümlədən kəsici-deşici alətlərdən - bıçaqdan istifadə olunmaqla törədilə bilər. Cinayət qanunvericiliyində bıçaqlanma xüsusi təsnifat kimi göstərilmir”.

Nurlan Əliyev sözlərinə belə davam edib: “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər, əsasən, şəxsi münasibətlər, qısqanclıq və xuliqanlıq zəminində törədilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə