Ötən sutka ərzində 46 yanğına çıxış olub - FHN

Ötən sutka ərzində 46 yanğına çıxış olub - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə FHN-dən SİA-ya bildirilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında ötən sutka ərzində 46 yanğına çıxış həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə