Pensiyaların artımı hansı şəxslərə şamil ediləcək? - QURUM RƏSMİSİ AÇIQLADI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsinə əsasən 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək. Bəs pensiyaların artımı hansı şəxslərə şamil ediləcək? Nə qədər artım nəzərdə tutulub?
SİA-nın sorğusuna cavab olaraq ƏƏSMN Aparatının Sosial sığorta və pensiya siyasəti şöbəsinin Pensiya siyasəti sektorunun müdiri Aynurə Zamanova bildirib ki, xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına 2022-ci il üzrə ödənilən 10% maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra pensiya məbləğləri artacaqdır:
"Məsələn: hərbçi kimi 2000 manat pensiyasına əlavə alan şəxsin pensiyası 01.01.2023-cü ildən 2200 manat olacaq.
Vahid indeksasiya tətbiq edilərsə xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyaları hər il mütləq artacaqdır. İndeksasiya bütün məbləğə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək. Hazırda isə bu mexanizmlə artım yalnız ümumi əsaslarla pensiyalarda baş verir. Məsələn, indeksasiya faizi məsələn 14 faiz olarsa, 01.01.2023-cü ildən yuxarıda qeyd olunan hərbçinin 2200 manat pensiya məbləği 308 manat artaraq 2508 manat (2200 + 14%) təşkil edəcək.
Dövlət qulluqçusu, hərbi qulluqçu və s. şəxslər pensiya təyin edildikdən sonra 6 il və daha çox işlədikdə və ya işdən çıxdıqda topladıqları istifadə olunmamış kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılacaq. Belə ki, hazırda isə bu şəxslərin pensiyalarının sığorta hissəsində artım olduqda həmin artım qədər qulluq əlavəsi azaldığından pensiyanın ümumi məbləği dəyişmir.
Bu da pensiyaçıların maddi vəziyyətinin yaxşılaşmasına və məmnunluğuna səbəb olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB