13 saylı Xəzər-Pirallahı ceçki dairəsindən seçilmiş deputat Rauf Əliyev 28 sentyabr 2022-ci il tarixdə Xəzər rayonunun Buzovna qəsəbəsində bir qrup qazi ilə görüşüb. Rauf Əliyev görüşdə 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan xallqının və dövlətinin tarixinin ən şanlı səhifələrindən biri olduğunu deyib, bu qələbədə şəhidlərimizin və qazilərimizin xüsusi rol oynadığını qeyd edib.
Şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə göstərilən diqqətin daim olacağını bildirən deputat Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə onlara verilmiş imtiyazlar haqqında danışıb.
Daha sonra deputat hər bir qazini dinləyib, onların problemləri ilə maraqlanıb. Müəyyən məsələlərin həlli yolları müəyyənləşdirilib, həlli müvafiq dövlət qurumlarından aslı olan məsələlər barədə bu qurumlara müraciət olunacağı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB