Zəngilan Beynəlxalq Hava Limanının açılış vaxtı məlum olub

Oktyabrın ortalarında Zəngilanda Beynəlxalq Hava Limanının açılışı gözlənilir.

SİA-nın məlumatəna görə, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov deyib.

“Oktyabrın ortalarında Zəngilan hava limanına ilk uçuşların başlanması gözlənilir", - A.İmanov bildirib.

O əlavə edib ki, açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə