İşsizliklə bağlı DMA-ya müraciət üçün nə etmək lazımdır? - QURUM RƏSMİSİ AÇIQLADI

Bildiyimiz kimi, işsizlik günümüzün ən aktual problemlərindən biridir. Bəs, ölkəmizdə işsiz insanların problemlərini həll edən qurumlar varmı? Bu qurumlara necə müraciət etmək lazımdır? Bu barədə SİA-nın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyinin strateji kommunikasiya departamentinin müdiri Mayis Musayev cavab verib.

Onun sözlərinə görə, əmək qabiliyyətli yaşda olan işsiz və işaxtaran şəxslər məşğulluq tədbirlərindən yararlanmaq, məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyinə müraciət edə bilərlər: "Bunun üçün xüsusi bir sənəd tələb edilmir. Yalnız şəxsiyyət vəsiqəsi ilə DOST Mərkəzlərinə və ya Məşğulluq filiallarına yaxınlaşmaq kifayətdir".

Mais Musayev sözlərinə belə davam edib: "Burada vətəndaşın qeydiyyatı aparılır və məşğulluq imkanlarının qiymətləndirilməsi həyata keçirilir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə