AQUPDK-ya ən çox hansı yöndə müraciətlər daxil olur? - QURUM RƏSMİSİ AÇIQLADI

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə isə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Bəs, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qadınlar daha çox hansı problemlərlə bağlı üz tuturlar? Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu cavab verib.

Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2022-ci ilin 9 ayı ərzində 2500-dən çox müraciət daxil olub: "Bu müraciətlərin 2 mindən yuxarısı qadınlar tərəfindəndir".

Teymur Mərdanoğlu sözlərinə belə davam edib: "Qadınlar komitəyə daha çox məişət zorakılığı, alimentin qarşı tərəfdən ala bilməmək, uşaq tələbi, ünvanlı sosial yardım, maddi yardım, mənzil problemi, işlə təmin olunma, qarşı tərəflə boşanma zamanı uşaqla ünsiyyət və görüşlə bağlı müraciət edirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə