Hava şəraiti ilə əlaqədar gəmilərdə vəziyyət nə yerdədir? - QURUM RƏSMİSİ AÇIQLADI

Hava şəraiti ilə əlaqədar gəmilərdə vəziyyət nə yerdədir? - QURUM RƏSMİSİ AÇIQLADI

Bakıda və Abşeron yarımadasında yaxın günlər ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dumanlı hava şəraiti olarsa, gəmilərdə hansı tədbirlər görüləcək?

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Mehman Mehdiyev SİA-nın sorğusuna cavab olaraq bildirib ki, hazırki hava şəraiti gəmilərin istismar olunmasına mane yaratmır: "Əlbəttə ki, əgər hava şəraiti dəyişsə, gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməlidir. Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmalıdırlar".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə