“Bakı demoqrafik partlayışla üz-üzədir”

“Bakı demoqrafik partlayışla üz-üzədir”

“Nəcib Jurnalistlər” İctimai Birliyi paytaxt Bakıdakı əhali sıxlığı, nəqliyyat sektorundakı gərginlik və getdikcə pozulmaqda olan ekoloji durum barədə açıqlama yayıb. Jurnalist qurumunun rəhbəri Mətləb Salahov KİV-ə açıqlamasında qeyd edib ki, artıq 4 milyona yaxın real əhalisi olan Bakı şəhəri ciddi demoqrafik partlayış astanasındadır: “Bölgələrdəki əhalinin iş tapmaq üçün sürətlə paytaxt Bakıya cəmləşməsi böyük sosial və demoqrafik partlayış təhlükəsi yaradıb. Bu gün Bakıdakı əhali sayı artıq az qala üç Baltikyanı ölkənin ümumi əhali sayına bərabərdir.

Yol və prospektləri keçən əsrdə salınan Bakı şəhəri bu gün nəqliyyat sıxlığına, metrolarda növbələrə və milyonlarla insana stress yaşadan tıxaclara şahidlik edir. Bu şəhər mədəniyyətinin tamamilə məhv olması, ekoloji durumun fəlakət həddinə çatması və ən əsas da paytaxt Bakının demoqrafik partlayışla üz-üzə qalması deməkdir.”

Bütün xəbərlər Facebook səhifəmizdə