Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 13 oktyabr 2022-ci il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Ağdaşda Göyçay, Ucar, Kürdəmir və Ağdaş rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək. Bu barədə SİA-ya SHXÇDX-dən məlumat verilib.
Qəbula yazılmaq istəyən vətəndaşların 11 oktyabr 2022-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB