ADY istifadəyə yeni qatarlar buraxır? - DİQQƏT! - QURUMDAN RƏSMİ AÇIQLAMA
Son günlər Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarında sıxlıq müşahidə olur. Bu sıxlığı nəzərə alsaq yeni qatarlar istifadəyə buraxıla bilərmi?
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında müşahidə olunan sərnişin sıxlığı ilə bağlı SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamət üzrə qatarlar mövcud qatar parkının sayına uğun olaraq ən qısa intervalla işləyir: "Qatarlarda sərnişin sıxlığı, əsasən, səhər və axşam saatlarında müşahidə edilir. Sərnişin sıxlığı nəzərə alınaraq, gələcəkdə yeni elektrik qatarlarının ölkəyə gətirilməsi istiqamətində işlər görülür.
Xatırladaq ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə istiqamətində, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. 1 qatar isə ehtiyat qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB