"SƏS" Media Qrupunun rəhbəri gənclərlə görüşüb - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə "New Media Hub" platforması çərçivəsində təlimlər davam edir. SİA-nın verdiyi məlumata görə, növbəti təlim "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev tərəfindən baş tutub.

Təlim zamanı Bəhruz Quliyev "Ənənəvi media ilə müasir media arasındakı fərqlər" adlı mövzu ilə bağlı öz təcrübəsini gənclərlə bölüşüb, onlara jurnalistika və informasiya mühiti ilə bağlı bir sıra faydalı məsləhətlər verib. Təlim zamanı həmçinin Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı şanlı Zəfəri və müharibə zamanı medianın böyük rolu olduğu xüsusilə vurğulanıb. Səmimi söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, fikirləri dinlənilib.

Qeyd edək ki, "New Media Hub" platforması 2021-ci ildə fəaliyyətə başlayıb və gənc jurnalistlərin, o cümlədən jurnalistikaya marağı olan gənclərin formalaşması prosesinə töhfə verməyi hədəfləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə