Dayanacaqlarda ödəmə terminalları niyə yoxdur? - QURUM RƏSMİSİ AÇIQLADI
"Son günlər dayanacaqlarda ödəmə terminallarının yoxa çıxması halları müşahidə olunur. Belə ki, bır sıra vətəndaşlar bu haldan narazıdır". Mövzu ilə bağlı SİA-nın sorğusuna "PashaPay" MMC, Marketinq Kommunikasiyaları meneceri Tural Kərimov münasibət bildirib.
Onun sözlərinə görə, "MilliÖN" terminalları dayanacaqlardan tam şəkildə yığışdırılmayıb, onlar dayanacaqlarda hələ də var: "Lakin terminallara xəsarət yetirilməsi, vandalizm, texniki nasazlıq və s. səbəblərdən onların bir hissəsi dayanacaqlardan yığışdırılaraq təmirə göndərilib".
Tural Kərimov sözlərinə belə davam edib: "MilliÖN" terminalları ölkədə supermarketlər, mağazalar, yeraltı piyada keçidləri və s. yerlərdə qoyulub. 3200-dən çox terminalla vətəndaşlara xidmət göstərilir. Dayanacaqlardan terminallar yığışdırılsa belə, həmin dayanacağın həndəvərində olan nöqtələrdə, yaxınlıqdakı olan ticarət obyektlərində "MilliÖN" tərəfindən xeyli əlavə terminallar qoyulub ki, onların vasitəsilə rahatlıqla "Bakıkart" balanslarını artırmaq mümkündür. Hazırda "Bakıkart" öz rəsmi saytında balansı artırmaq üçün imkanlar təqdim edir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB