Ərazi Partiya təşkilatında Anım Günü qeyd olunub - FOTOLAR

Ərazi Partiya təşkilatında Anım Günü qeyd olunub - FOTOLAR

YAP İmişli rayon təşkilatının “C.Cabbarlı” ərazi partiya təşkilatında “27 sentyabr - Anım Günü” qeyd olunub. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, şəhid ailələri, qazilər, rayon ziyalıları, YAP fəalları, müxtəlif mətbu orqanların nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev şəhidlərin ailəsinə başsağlığı verərək, qeyd edib ki, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirib və bir yumruq kimi birləşərək böyük Zəfər əldə edib.
Çıxış edən “C.Cabbarlı” ərazi partiyasının sədri Hürü Şirinova Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı erməni işğalçılardan azad etdiyini qeyd edib.

Tədbirdə çıxış edən şəhid ailələri Azərbaycan xalqının bu tarixi uğura görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə borclu olduğunu söyləyib. Qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş bu Qələbə ilə Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib.

Anım günü ilə bağlı məktəb şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə