Bildiyimiz kimi, hər zaman olduğu üzrə evi də, uşağı da, öz işini də idarə edən qadındır. Kişilərin ən çox diqqət etdiyi bir şey var, o da pul qazanmaqdır. Ailə və iş arasında incə tarazlığı tapmaq da qadına bağlıdır.
Əksər insanlar düşünür ki, uşağı bioloji və psixoloji cəhətdən həqiqətən qoruyan ilk şəxs anadır və uşağın da buna ehtiyacı var. Doğrudur, analıq instinkti kişilərdə olmayan bir şeydir. Amma bir çox kişilər körpələrdən və ev işlərindən qaçmaq üçün bunu bəhanə kimi istifadə edirlər. Kişilər adətən "Mən başa düşmürəm", "Uşağı incidəcəm", "Niyə ağlayır?", "Niyə öskürür?" kimi suallarla vəziyyətdən çıxa bilirlər. Analar uşaqların ehtiyaclarını çox daha həssas motivlərlə və diqqətlə görə bilir. Amma, bu, hər bir ağlı başında olan kişi və ya qadının asanlıqla edə və öyrənə biləcəyi bir şeydir.
Daha sağlam və balanslı bir cəmiyyət üçün kişinin uşaq tərbiyəsində qadın qədər fəal olması lazımdır. Bu ölkədə milyonlarla qadın var ki, onlar savadlıdırlar. Ana olduqdan sonra maliyyə və ya emosional səbəblərə görə karyerasını ikinci plana qoyan qadınlar var. Yaxud uşaq istəyən qadınlar işlərinin təhlükə altında olacağı üçün arzularını illərlə təxirə salırlar.
İlk baxışdan uğurlu, özünə güvənən, ağıllı və gözəl qadınlar kişilərin xoşuna gəlir. Onlar bu tip qadınlara həmin an heyran olurlar. Bir qədər sonra, yəni münasibət qurduqdan sonra problemlər yaranır. Çünki kişi çöldə aslan olan qadının evdə siçan olmasını gözləyir. Gördüyünüz kimi, qadın iş yerində onlarla adamı idarə etsə də, evə gələndə kimliyini qapının ağzına qoymasa, münasibəti getmir.

Əslində, qadınların kişilər qədər güclü olduğu bir mühitdə kişilərin çoxu öz kişiliyini göstərə bilməməkdən qorxur. Onların fikrincə, münasibətdə yalnız bir lider olmalıdır ki, o da kişidir. İdarə olunmaq kişilərin ən böyük qorxusudur.
Güclü qadınların sayı günü-gündən artır. Siyasətdən sənətə, biznesdən elmə qədər qadınlar yüksəlir. Amma gücləndikcə tənqid də edilir. Güclü qadın olmağın nə qədər çətin olduğunu heç kim bilmir. Məsələn, işdə lüzumsuz davranışlara yol verməmək üçün bəzən qadın ciddi və soyuq görünməlidir.
Bəs, iş, yoxsa ev qadınları daha çox yorulur? SİA mövzu ilə bağlı araşdırma aparıb.
Dünyanın ən qədim sivilizasiyalarından biri olan Çində qadınların ayaqlarının gözəl görünə bilməsi üçün kiçik ayaqqabılara soxulur və bu, qadınları rəsmən şikəst edir. Ayaq sümüklərinin quruluşunu tamamilə pozur.
Şəhərləşmə getdikcə qadınların üzərinə düşən yük və simvol daha da böyüyür. Qadınlar kişilərə gözəl görünmək üçün özlərini dəyişməli olurlar. Necə ki, 1970-ci illərdən sonra qadınlar qabırğalarını çıxararaq daha incə görünməyə çalışdılar, ya da diqqəti cəlb etmək üçün dodaq, sinə və bud estetikası dəb halını aldı.
Kənd təsərrüfatına keçiddən sonra ictimai sahədə kişilər hökmranlıq edirdi, hakim təbəqə onlar idi. Çünki təkamülün başlanğıcından qida tapan, sığınacaq quran, fiziki gücü ilə qoruyan insan kişi idi. Qadın ev işlərini çəkib-çevirən sinif idi.
Amerikalı yazıçı Darla Şayn "Xoşbəxt ev qadınları" kitabında xoşbəxt evdar qadın olmağın 10 sirrini izah edir:
Ağlamağı dayandırın!
Ümidsiz ev qadını kimi davranmağı dayandırın. Bu fikri ağlınızdan çıxarın. Yaşadığınız hər gün üçün şükür edin.
Ev qadını olmaqdan qürur duyun!
Ev qadını olmaq dünyanın ən önəmli işlərindəndir. Unutmayın ki, ailəniz karyeranızdan daha vacibdir.
Evdar qadına oxşamayın!
Yenidən qadın kimi hiss etmək üçün paltarlarınızla başlayın. Sağlam qidalanın və idman edin. Zəif olmamaq üçün vitaminləri əldən verməyin.
Evliliyiniz prioritetiniz olsun!
Ərinizlə uşaqlara və ev işlərinə görə uzun müddət bir yerdə olmadınız? Onları bəhanə kimi istifadə etməyin. Həyat yoldaşınıza maraq və qayğı göstərin. Cinsi həyatınızı canlandırın.
Evinizin qayğısına qalın!
Evinizi yaxşı təmizləyin. Çiçəklər və kiçik bəzək əşyaları ilə bəzəyin. Evinizi daha cəlbedici edin.
Mətbəxə diqqət ayırın!
Bəzən yemək hazırlamaq çox çətindir. Bəzi qadınlar bunu istəmədən və sırf vəzifə olduğu üçün edirik, amma yox! Hər andan həzz alın. Mətbəxə qayıdın və bacarıqlarınızı nümayiş etdirməyə və əlinizin ləzzətini yenidən kəşf etməyə başlayın. Masada bir ailə olaraq söhbət edin. Mətbəxdən qaçmayın.
Dostlarınızın qayğısına qalın!
Evdar qadın olmaq 7/24 uşaqlara baxmaq, ev işləri görmək, yemək bişirmək demək deyil. Dostlarınızla yenidən əlaqə qurun. Hətta yeni dostlar tapmağa çalışın. Həyat yoldaşınızla birlikdə vaxt keçirə biləcəyiniz evli dostlarınızla şam yeməyi təşkil edin. Divanda tənbəllik etmək əvəzinə, nə vaxt imkanınız varsa, evdən çıxın.
Özünüzə vaxt ayırın!
Xoşbəxt ev xanımı olmağın yolu, işdə olduğu kimi, lazımi motivasiyanı təmin etmək üçün özünüzə vaxt ayırmaqdır. Zövq aldığınız şeyləri etməyə çalışın. Evinizin yaxınlığında, hətta bir saatlıq vaxt keçirə biləcəyiniz bir hobbi kursu tapın.
Bunu ciddi qəbul etməyin!
Özünüzlə barışın və güclü olduğunuzu heç vaxt unutmayın.
Psixologiyanın məşhur adlarından biri olan Maslouya görə insanın əsas ehtiyacları 5 pilləli piramidada sıralanır.
Türkiyədə aparılan araşdırmaya görə, universitet məzunu qadınların 76%-i iş həyatındadır. Onlardan 25% işləmir. Bir tərəfdən uzun iş saatları, digər tərəfdən ev işləri və uşaq baxımı ayrı bir iş olaraq boynuna götürülməyi gözləyir. Bəs, bunlar yalnız qadın işidir?
Araşdırmalar göstərir ki, qadınlar məşğul olmayan vaxtlarında bunları etməyi xoşlayırlar:
- Kitab oxumaq
- Çay içmək
- Televizora baxmaq
- Yatmaq
- Sosial mediada zaman keçirmək
- Onlayn alış-veriş
- Duş vannası qəbul etmək
- Yatan halda televizora baxmaq
- Filmlərə baxmaq
- Şkaf kimi yerlərdə detallı təmizlik və mebel yerlərinin dəyişdirilməsi.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB