Xaçmazda elektrik enerjisinin verilişində fasilə aradan qaldırılıb

Xaçmaz rayonunda elektrik enerjisinin verilişində fasilə aradan qaldırılıb. "Azərişıq" ASC-dən SİA-ya bildirilib ki, hadisədən dərhal sonra təmir bərpa briqadaları ərazilərə yollanıb.

ASC əməkdaşlarının səyi nəticəsində gecə saatlarında elektrik enerjisi verilişi tam bərpa olunub.

Qeyd edək ki, güclü külək səbəbindən dünən axşam rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin nəqli kəsilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə