Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Sentyabrın 25-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşdırılacağı ehtimalı var. SİA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə