Goranboyun bəzi yaşayış məntəqələri işıqsız qalıb

Küləkli hava şəraiti səbəbindən Goranboyun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb. SİA-nın Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarından başlayan güclü küləklə əlaqədar Qızılhacılı qəsəbəsində, Balakürd, Eyvazlı, Nərimanlı, Boluslu, Məşədiqaralar və daha bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Rayon ərazisində küləkli hava şəraiti davam edir.

Qeyd edək ki, həmçinin Gəncə şəhər və ətraf rayonlarda da güclü külək müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə