Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi ilə bağlı aksiya keçirəcək - FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə aksiyası keçirəcək. SİA xəbər verir ki, Komitə tərəfindən “Erkən nikah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”, “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! Qaynar xəttə zəng et! 116-111”, “Kiber zorakılığa son!”,“Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!” mövzusunda elektron poster və stikerlər tərtib edilib.

Hazırlanan materiallar əhalinin sıx toplaşdığı ictimai məkanlarda nümayiş etdiriləcək.

Komitə təbliğat kampaniyasının əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə