Sosial şəbəkələrdə tanışlıq NECƏ OLMALIDIR? - PSİXOLOQ DANIŞDI
“Sosial şəbəkələrdə tanış olub ailə həyatı qurmaq deməzdim ki, nə yanlış, nə də doğru göstəricidir”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Nuriyyə Quliyeva bildirib.

Onun sözlərinə görə, müasir dövrümüzdə sosial şəbəkələrdə tanış olanların bir çoxu qeyri-ciddi bir-birinə yanaşırdısa indi hazırda bu düşüncə dəyişib: “Yəni indiki dövrdə sosial şəbəkələr üzərində tanış olub evlənən gənclər çoxdur.
Bəs nə üçün sosial şəbəkələr üzərindən tanış olmağın tərəfdarı deyilik?
Qeyd edim ki, bu yanıldıcı ola bilir. Sosial şəbəkələrdə insanlar öz real mənliyi ilə deyil, öz ideal mənliyi ilə çıxış edirlər və qarşı tərəfə özlərini elə təqdim edirlər. Bu həm zahiri görkəmə, həm danışığa, həm də rəftara aiddir. Əlbəttə ki məhz buna görə gənclər daha ehtiyyatlı olmalıdır. Yəni ailə qurmaq istəyən gəclər sosial şəbəkələrdə danışdığı insanla görüşüb qarşı tərəflə tanış olmalıdır. Bu baxımdan sosial şəbəkələrdə münasibətə bir o qədər də yaxşı baxılmır.
Bəs bu səbəb ailələrin nikahlarının pozulmasına səbəb ola bilərmi?
Düşünmürəm ki, bu məsələyə görə ailələr dağılsın. Statistik göstəricilərə görə ailələrin dağılmağının səbəbi yalnız bu məsələ deyil. İnsanların bir-birini anlamaması, bir-birini tanımadan ailə qurması, anlayış göstərməmələri ailənin pozulmasına daha çox səbəb olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB