“Açılmış düyün – Zəngəzur dəhlizi” adlı tədbir keçirilib - FOTOLAR

“Açılmış düyün – Zəngəzur dəhlizi” adlı tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “İrriqator” ərazi partiya təşkilatında “Açılmış düyün – Zəngəzur dəhlizi” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, bu gün ölkəmizin uğurlu inkişafı Prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. Ermənistanla Azərbaycan arasında illərdir davam edən hərbi münaqişə Azərbaycanın tarixi Zəfəri ilə başa çatıb. Bu Zəfər Ermənistanın ağır kapitulyasiya aktı imzalamasına səbəb olub. Kapitulyasiya aktının maddələrindən biri də tarixən bağlı bir düyünün açılması üçün atılan ən mühüm addım olan Zəngəzur dəhlizinin açılması məsələsidir. Aktda yer almasına baxmayaraq hazırda Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə təxribatlara əl atmaqla məşğuldur. Təxribatlarla bağlı Cənab Prezidentimiz dəfələrlə xəbərdarlıq etsə də, Ermənistan bundan nəticə çıxarmır. Amma onlar unutmasınlar ki, biz hər təxribatda həm tarix olaraq, həm ərazi olaraq daha da irəli gedirik.

Tədbirdə çıxış edən “İrriqator” ərazi partiya təşkilatının sədri Nizami Məmmədov qeyd edib ki, bu gün Zəngəzur dəhlizinin açılmasının çox böyük əhəmiyyəti var. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq Naxçıvanla birləşən keçmiş dəmir yolu bərpa olunacaqdır. Kommunikasiyaların işə düşməsi boru və qaz kəmərlərinin açılması üçün də mühüm irəliləyiş olacaqdır.
Digər çıxış edənlər Azərbaycanın bugünkü uğurlu inkişafı üçün Cənab Prezidentimizə təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə