“Valideynləri narahat edən hər hansı hal olarsa,...” - QURUMDAN AÇIQLAMA

“Valideynləri narahat edən hər hansı hal olarsa,...” - QURUMDAN AÇIQLAMA

Bildiyimiz kimi, Azərbaycanda bəzi məktəblərdə rüşvət hallarına hələ də rast gəlinir. Bəs gəlin görək, bu kimi hallara qarşı hansı mübarizə tədbirləri həyata keçirilir.

SİA məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxlayıb. Qurumun İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, məktəblərdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir: "Ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) anonim olmadan müraciət edilməsi tövsiyə olunur. Anonim məlumatlar istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə