Məişət zorakılığı zamanı nə etməli? - DİQQƏT! - VƏKİL İZAH ETDİ

Məişət zorakılığı zamanı nə etməli? - DİQQƏT! - VƏKİL İZAH ETDİ

Son zamanlar ailədaxili münaqişələr kəskin şəkildə artıb. Biz hətta qadının kişini öldürdüyünün belə şahidi olmuşuq. Ümumiyyətlə, bu cür hallar qanunla necə tənzimlənir? Ailədə şiddət görən qadın və ya kişi qanuna uyğun olaraq hansı quruma müraciət etməli və hansı tədbirləri görməlidir?

Vəkil Turan Abdullazadə SİA-ya açıqlamasında bildirib ki, məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür".

Onun sözlərinə görə, məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır: "Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 158.1-ci maddəsinə əsasən məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə- yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir".

Vəkil bildirib ki, məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün bunlar səbəb ola bilər: "Zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti, fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya tibb müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlər. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır.

Məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq bu qərarlardan biri qəbul olunur. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi, məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi, əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi, zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi, zərər çəkmiş şəxsin yardım mərkəzində sığınacaqla təmin edilməsi.

Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə