Qanunsuz ət kəsimi ilə məşğul olanların aqibəti nə olacaq? - DİQQƏT! - QURUMDAN RƏSMİ MƏLUMAT
Son zamanlar respublikada qanunsuz ət kəsimi müşahidə edilir. Hətta bəzi heyvan kəsimi məntəqələrində antisanitar-gigiyenik qaydalara riayət olmadığının da şahidi oluruq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən SİA-ya bildirilib ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti orqanlarla birgə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir: "Nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyi və yerli icra orqanlarının əməkdaşlarının iştirakı ilə heyvan kəsimi və ət satışı yerlərində keçirilmiş reydlər zamanı qanunsuz fəaliyyət göstərən məntəqələrdə qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülür, yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən, yol kənarlarında qanunsuz olaraq quraşdırılan dəmir konstruksiyalar sökülərək qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınır.
Qeyd edək ki, qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər zamanı baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrlə bağlı məlumatlar mütəmadi olaraq ictimailəşdirilir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB