Hansı biletlərin qiymətində artım müşahidə olunur? - QURUM RƏSMİSİ AÇIQLADI
"Azərbaycan Hava Yolları Avia şirkətinin bütün beynəlxalq reyslərində dinamik qiymət qoyma siyasəti tətbiq edilir". Bu barədə SİA-nın sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova deyib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, bu və ya digər istiqamət üzrə aviabiletin dəyəri uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişir".
Nərmin Xəlilova sözlərinə belə davam edib: "Avia şirkətin tarif siyasəti hər reysdə bir neçə tarif sinfini nəzərdə tutur və aviabiletin dəyəri əvvəlcədən müəyyən edilir. Ən aşağı tarifdən, ən yüksək tarifə qədər.
Əvvəlcədən ən ucuz tariflərlə aviabiletlər satılır. Təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB