Polis hansı hallarda vətəndaşların çantasını yoxlaya bilər? - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

Polis hansı hallarda vətəndaşların çantasını yoxlaya bilər? - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

Polis əməkdaşları ictimai yerlərdə vətəndaşların çantasını və ya cibini yoxlaya bilərmi? Bu hansı hallarda baş verə bilər? Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev SİA-ya açıqlamasında məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, şübhə doğurduqda, polisə hər hansı məlumat daxil olduqda hal şahidlərinin iştirakı ilə vətəndaşın şəxsi əşyalarına polis baxış keçirə bilər: “Digər halda isə mühafizə olunan ünvanlara daxil olan şəxsin əşyaları yoxlanıla bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə