Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar. Narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xaş-xaş, tiryək, marixuana, heroin, kokain və sairədir. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana gəlmişdir. Bunlar xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotiklərdən asılılıq ağır xəstəliyə – narkomaniyaya gətirib çıxarır.
1987-ci il iyunun ayında narkomaniya kimi dəhşətli fenomenə qarşı mübarizədə xalqların siyasi iradəsini təmsil etmək məqsədilə Vyanada Narkomaniya və Narkotik Qaçaqmalçılığı ilə Mübarizə üzrə Beynəlxalq Konfrans keçirilmişdir.
Həmin konfransın keçirildiyi gün narkomaniyanın mənfi nəticələri barədə geniş əhali kütləsini məlumatlandırmaq məqsədi ilə Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Günü elan edilmişdir. Bu münasibətlə hər il Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş xüsusi şüar altında yığınacaqlar keçirilir.
Narkotik istifadəsi insan həyatı qədər qədim ola bilər və hələ heç kim onun nə vaxt başladığını müəyyən edə bilməyib. Şübhəsiz ki, bu fenomen uzaq keçmişdən bütün ölkələrdə mövcuddur və onun ölümcül nəticələri hamıya məlumdur. Lakin bu gün milli və beynəlxalq təhlükəsizliyi təhdid edən və insanların psixi, fiziki və mənəvi sağlamlığına təsir edən amil kimi istehsal həcminin artması, beynəlxalq qaçaqmalçılıq, ticarətin yayılması və narkomaniyanın inkşafı böyük vüsət almışdır. Bu gün narkotik ticarəti, silah və neft ticarətindən sonra dünyanın üçüncü ən gəlirli biznesidir. Ümumdünya Narkotik Hesabatında milyondan çox narkotik istifadəçisi var və illik narkotik alverində də yüz milyardlarla insan artır.
Bir sıra təşkilati-hüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirilməklə bərabər, həmçinin qlobal bəla ilə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak da intensiv xarakter almışdır. Azərbaycan Respublikası bu sahə üzrə beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuşdur.
Bu gün ölkəmizdə həyata keçirilən narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ön sıralarında Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları gedirlər. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdən ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət səviyyəsinə qaldırmış və hazırda bu strateji kurs dövlət başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar baza konvensiyasının hər birinə qoşulmuş, bu sahədə məsələləri tənzimləyən çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur.
Narkotik asılılıq insanı həm mənəvi, həm haddi, həm də psixoloji cəhətdən çökdürür.
"Narkomaniya təkcə bu günün problemi deyil, illərdir bəlkə, əsrlərdir insanlar zərərli vərdişlərlə mübarizə aparır. Hələ də qalib gəlməməsinin səbəbi mübarizə yolunun düzgün seçilməməsi və ya prosesin səmimi aparılmamasıdır".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Əfsanə Rüstəmova deyib. Hamı bir adam kimi anlamalı və başa düşməlidir ki, bu zərərlidir və ondan uzaq durmaq üçün istər mənəvi, istərsə də sosial mübarizə aparılmalıdır. Əgər buna bir biznes kimi baxsaq və kifayət qədər istifadəçisi olduğunu nəzərə alsaq hər keçən gündə istifadəçilərin artma ehtimalı çox olacaqdır.
Narkotik alveri çox gəlirli biznes sayıla bilər və belə olan halda istifadəçi kimi yox, məhz biznes kimi kimlərəsə maraqlı gəlir. İnsanlara narkotikin pis olması fikri aşılamamalıyıq, çünki gördüyümüz kimi mənfəətli olan tərəf bu fikri təsdiqləməyəcək.
Bəs məsələyə necə yanaşaq? Narkomaniya bizim əlimizdən nəyi alacaq?
Keyfiyətli yaşamaq, sağlamlıq,uzun ömürlü xoşbəxt yaşamaq və s. Əlimizdən aldığı şeyləri itirəndə həyatımızda nə baş verəcək?
Hadisəyə biraz daha böyük pənrədən baxmağı təmin etmək lazımdır. Sadəcə bir nüansı pisləməklə biz qarşı tərəfə o vərdişin zərərli olduğunu tam göstərə bilməyəcəyik. Məsələn bütün günü desək ki, narkomaniya pisdir insanlar düşünəcək ki bu adam o şeyə qarşı nəsə bir problemi var ki o bütün günü onun haqqında danışır. Desək ki yaşamaq gözəldir, insan sərbəst, heçnədən asılı olmadan nəfəs ala bilər və bu onun ən böyük sərvətidir, artıq insanlar daim düşünməyə başlayacaqdır. Biz mübarizə üsul formasını dəyişsək, insanlara onlara dəyərli olan predmetlər üzərində mesaj verməyə çalışsaq, bütünlüklə həyatın motivinin gedişatını onlara anlatmaqla artıq zərər verəcək bütün vərdişlərdən kənarlaşmağa çalışacaqlar. Bir idealogiya ailədə, cəmiyyətdə, dövlətdə və dünyada olmalıdır ki, bundan uşaqlar da təsirlənsinlər.
Əgər ailənin, cəmiyyətin dövlətin idealogiyası sabit deyilsə, uşaqlar da bu qarmaqarışığın içində özlərinə uyğun doğrunu seçəcək və bu cür həyatlarına davam edəcəklər.

Hüquqşünas Sahib Məmmədov qeyd edir. Qanunvericiliyə görə narkotik vasitələrin qanunsuz dövriyyəsinə, satılmasına, becərilməsinə və saxlanmasına görə məsuliyyət nəzərdə tutulur. Təəssüflə qeyd olunmalıdır ki, bütün dünyada son 50 il ərzində daha çox gündəmdə olan problemlərdən biri də narkomaniya ilə mübarizədir. Artıq dünyada ən böyük dövriyyəsi olan transmilli cinayətlərdən biri silah alveri, sonra insan alveri üçüncüsü isə narkotik vasitələrin qanunsuz dövriyyəsidir. Buna qarşı mübarizə aparmaq yalnız inzibati cinayət yolla mümkün deyil. Kompleks tədbirlər həyata keçirilir, müxtəlif dövlət proqramları, ixtisaslaşmış dövlət komissiyası, polis orqanları fəaliyyət göstərir.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin cəza sisteminin maniəsizləşdrilməsi ilə bağlı məlum sərəncamından sonra bir qədər yumşalma olmuşdur. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələrin və yaxud psixatrop maddələrin şəxsi istehlak miqdarından artıq əldə edilməsinə görə saxlanmasına, hazırlanmasına, emal edilməsinə və ya daşınmasına görə bir ildən üç ilədək məhdudiyyət azadlıqdan məhrum etmənin məhdudlaşdırılması nəzərdə tutmuşdur. Sonrakı maddələrdə bu daha ağırlaşa-ağırlaşa gedir. Külli miqdarda olduqda artıq cəza 3 ildən 8 ilə qədər nəzərdə tutulur. Xüsusən azyaşlıların cəlb edilməsinə görə 234.3-1 maddəsi sonradan əlavə olunub. Yetkinlik yaşına çatmayan uşaqlara qanunsuz olaraq narkotik vasitələri və yaxudda psixotrop maddələri satmağa, habelə digər maddələrdə nəzərdə tutulan əməlləri təhsil və ya tibb, cəzaçəkmə müəssisələrində fəaliyyətə görə ağır cəza nəzərdə tutulur. Yəni yetkinlik yaşına çatmayanlara satmağa görə məsuliyyət bir qədər də ağırlaşır. Həmçinin Cinayət Məcəlləsinin 236-cı maddəsində narkotik vasitələrin və yaxud psixotrop maddələrin istehlakına təhrik etməyə görə cəza nəzərdə tutulur. Əgər təhrik olunan şəxs yetkinlik yaşına çatmayan şəxsdirsə bu zaman 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

Həkim-narkoloq Asif Kəngərlinin sözlərinə görə gənclərin, yeniyetmələrin narkotik vasitələrə qurşanmasının səbəbi cəmiyyətdən, məktəbdən əvvəl ailədə axtarılmalıdır. Uşaqların həddindən çox ərköyün böyüdülməsi sonradan onların narkotik vasitə qəbuletmə ehtimalını artırır. Bunu həm tibbi ədəbiyyat, həm də təcrübələr göstərir. Gənclər, yeniyetmələr çox şeydən xəbərsizdirlər, əksər hallarda yaxşını pisdən ayıra bilmirlər. Buna görə də maarifləndirilmənin gücləndirilməsi lazımdır. Tütünçəkmə, alkoqolizm, narkomaniya və onların fəsadlarına dair əsərlər, məlumatlar orta məktəbdə tədris olunmalıdır. Bunu etməsək, hər hansı bir kardinal dəyişikliyə nail olmaq çətindir.
Həkim-narkoloq bildirib ki, narkotik vasitə qəbul edənlərin tam sağalması demək olar ki, mümkün deyil. Onların sadəcə olaraq yaxşılaşması var. Tam sağalma o zaman olar ki, xəstə özünü tamamilə normal hiss etsin. Onlarda depressiya, yuxu, iştaha pozulmaları, əhval düşkünlüyü zəif şəkildə olsa da ömrüboyu davam edir: “Müşahidələrimə görə, hər 10 nəfərdən 6-da müalicə müsbət nəticə verir. Burada həkim işin müəyyən hissəsini görə bilər. İşin digər bir qismi ailənin üzərinə düşür. Prosesin əksər hissəsi, haradasa 50-60 faizi xəstənin özündən asılıdır. Xəstə öz qarşısına məqsəd qoymayıbsa, nəticə də olmayacaq. Müalicə bitəndən sonra sağlam həyat tərzi keçirmək lazımdır. Beş il spirtli, o cümlədən energetik içki qəbulu olmaz. Təbii yeyəcək və içəcəklərə üstünlük verilməsi, siqaret çəkirsə, onu tərgitməsi tövsiyə olunur. İdman və hər hansı məşğuliyyət depressiyadan çıxmağa və bərpa olunmağa kömək edir”.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB