Son zamanlar sosial şəbəkələrdə bəzi şəxslər şəhid ailələrinin adından istifadə edərək müxtəlif qanunsuz əməllər törədirlər. Nəticədə həssas təbəqədən olan vətəndaşlarımız bu yanaşmadan mənəvi əziyyət çəkir, insanlar arasında haqlı narazılığa səbəb olur. SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib:
Şəhər sakini Hüseyn Quliyev: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Erməni vandallarının mənfur siyasəti nəticəsində Azərbaycanın neçə-neçə mərd oğulları dünyasını dəyişdi. Mən şəhid ailələrinə səbr diləyirəm, qazilərimizə şəfa tapmalarını arzulayıram. Həqiqətən ölkə olaraq çox çətin günlərdən keçmişik və bu vəziyyətimizdən sui-istifadə edənlər var. Düşünürəm ki, onlar məsuliyyətə cəlb olunmalıdır”.
Şəhər sakini Nərgiz Səmədova: “Ermənilər hər zaman Azərbaycana qarşı çirkin əməllər törədiblər. Onlar bu xislətlərindən əl çəkməyib. Lakin bilməlidirlər ki, Azərbaycanın güclü ordusu var. Son dönəmlərdə baş verən hadisələr nəticəsində də, mərd oğullarımızı itirdik. Amma daxilimizdə bundan istifadə edən şəxslər var. Onlar bundan utanmalıdır. Allah onlara rəhmət eləsin. Məkanları nurla dolsun. Onların ailələrinə Allahdan səbr diləyirəm”.
Şəhər sakini Elman Ağayev: “Ermənilər 300 il ərzində olmayan adlarını və dövlətlərini isbat etməyə çalışıblar. Hər zaman böyük bir imperiya qurmaq həvəsində olublar. Lakin bilmirlər ki, belə düşüncədə olmaq sadəcə vaxt itkisidir. Azərbaycan artıq güclü bir dövlətdir. Bizim güclü ordumuz var. Buna görə də ermənilər hər zaman layiqli cavablarını alacaqlar”.
Şəhər sakini Nəsibə Abdullayeva: “Allah erməninin bəlasını versin. Onların hər zaman bizim torpaqlarda gözü olub. Bir toplum olaraq heç vaxt mövcud olmayan ermənilər bizimlə torpaq davasında olublar. Bizim cavan-cavan balalarımız şəhid oldu. Öz ölkəmizdə isə hər zaman gördüyümüz işə pəl vuran müxalifətçilər də az deyil. Onlar nə danışdıqlarını heç bilmirlər”.
Şəhər sakini Samir Qafarov: “12-14 sentyabrda baş verən hadisələr bir xalq olaraq hər birimizə çox böyük təsir etdi. Ermənilər heç vaxt öz əməllərindən əl çəkməyiblər. İnsan artıq onlar haqqında söz belə demək istəmirlər. Öz içimizdə olan müxalif yönümlü insanlar da bir sıra qüvvələr tərəfindən idarə olunur. Məhz buna görə də, ölkəmizi pisləyirlər”.
Şəhər sakini Cahangir Soltanov: “Düşünürəm ki, bu hərəkəti ancaq vicdansız bir insane edər. Şəhid ailəsi adından yalandan çıxış edən şəxslər azərbaycanlı deyil. Onlar bu Vətənin insanı ola bilməz”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB