Ölkədə itkin düşənlərlə bağlı hansı tədbirlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI
“Xəbərsiz itkin düşmə halları ilə bağlı polis orqanına daxil olan məlumatlara çevik reaksiya verilməklə, dərhal axtarış işi açılır. Bununla bağlı dərhal ölkə polisi daxili rabitə ilə məlumatlandırılmaqla, axtarışlara başlayır. İlkin olaraq, həmin şəxsin gedə biləcəyi ünvanlar və digər zəruri tədbirlərin icrasına başlanılır”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir: “Əsasən xəbərsiz itkin düşmə halları içərisində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları çoxluq təşkil edir.
Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan və qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB