Xəyanətin qarşısını necə ala bilərik? - PSİXOLOQ İZAH ETDİ

Xəyanətin qarşısını necə ala bilərik? - PSİXOLOQ İZAH ETDİ

“Xəyanət günümüzün ən böyük bəlalarından biridir. Ailələri biri-birindən soyudan, ailədaxili münasibətlərin kəskin şəkildə pisləşməsinə xəyanət səbəb olur. Bəs, xəyanətə səbəb nədir?”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, xəyanət mövzusunda kişilərlə qadınlar arasında fərq var: “Son dövrlərdə kişilərlə yanaşı, qadınların da xəyanəti baş verir. Kişilər tanımadığı və sevmədiyi insanla da xəyanət edir. Amma qadınların xəyanətində görürük ki, onlar həmdəm, dərd ortağı və “Mən bədbəxtəm” deyə biləcəyi bir şəxs axtarır”.

Psixoloq sözlərinə belə davam edib: “Xəyanətin əsla tərəfində deyilik. Heç bir səbəb xəyanətə yol açmamalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə