“Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin 21 sentyabr tarixində Pirallahı rayonunda “Abşeronneft” NQÇİ-də təşkil etdiyi obyekt mülki müdafiə məşqi uğurla yekunlaşıb”. SİA xəbər verir ki, bu sözləri FHN-nin Bakı Regional Mərkəzinin Suraxanı rayonu üzrə Fövqaladə Hallar və Mülki Müdafiə üzrə rəisi mayor Toğrul Nəbiyev FHN-in Bakı Regional Mərkəzi “SOCAR “Abşeronneft” NQÇİ-də mülki müdafiə məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində biliyinin artırılması, qüvvələr arasında qarşılıqlı fəaliyyətin təşkili və bu sahədə əməli vərdişlərin aşılanmasından ibarətdir: “Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, eləcə də funksional vəzifələrlə bağlı məruzələr dinlənilib”.
Toğrul Nəbiyev sözlərinə belə davam edib: “FHH-nin Bakı Regional Mərkəzi tərəfindən təşkil edilən nümunəvi obyekt mülki müdafiə məşqində qarşıya qoyulan məqsədə nail olunmuşdur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB