Xərçəng xəstəliyinin qarşısını alan qidalar hansılardır? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

Xərçəng xəstəliyinin qarşısını alan qidalar hansılardır? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

"Bəzi qidalar xərçəng xəstəliyinə qarşı qoruyucu təsir göstərir". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, sağlam və düzgün qidalanma həm sağlam bədən quruluşununa malik olmağımız üçün faydalıdır, həm də immunitet sistemimizin güclü olması üçün çox faydalıdır: "Çox yağlı və emal olunmuş hazır qidalardan uzaq durmaq xəstəlik risklərinin də qarşısını alır. Xərçəng əmələ gəlməsində spirtli içki qəbulu ilə yanaşı, siqaret də böyük rol oynayır.
Karotenoidlər orqanizmdə meydana gələn və kənardan xərçəng əmələgətirici reaktivlərin təsirini azaldaraq xərçəng riskini azaldır. Karotenoidlər tünd narıncı, sarı, yaşıl, qırmızı meyvə və tərəvəzlərdə çoxdur. Qovun, şirin kartof, yerkökü, ərik, qarğıdalı, pomidor, göyərtilər, şaftalı, portağal və qarpız da karatenoid baxımından zəngin qidalardır. Bu qidaları mövsümündə qəbul etmək lazımdır.
Salatlarda, suplarda istifadə etdiyimiz noxud, lobya, qırmızı və yaşıl mərcimək həm bitki mənşəli zülal qaynağı olmaqla yanaşı, həm də ehtiva etdiyi fitokimyəvilər xərçəngə qarşı qoruyucu təsir göstərir.
Omeqa 3 yağ turşuları baxımından zəngin balıq da şiş əmələ gəlməsini gecikdirdiyi üçün həftədə 2 porsiya balıq yeməyini qida rasionuna əlavə edə bilərik.
Balığı sobada və buğlama şəklində hazırlamaq daha faydalıdır. Qızartma üsulu həm yağ tərkibini çox artırır, həm də qızartma yağında meydan gələn zərərli maddələr xərçəngə əmələgəlməsini sürətləndirir.
Həmçinin brokoli, kələm, turp da sulforafan baxımından zəngin olduğu üçün immunitet sistemini gücləndirir, infeksiyalara qarşı qoruyucu təsir göstərir.
Çiyələk, böyürtkən, tut, üzüm, gilas, vişnə də də xərçəngə qarşı qoruyucu təsir göstərən meyvələrdəndir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə