"Sentyabrın 22-si və 23-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir". Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Mülayim şimal küləyi əsəcək.
O qeyd edib ki, havanın temperaturu günorta saatlarında 27-31 dərəcə isti olacaq: "Bölgələrdə isə əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Havanın maksimal tempraturi aran rayonlarında 30-35, dağlarda isə 18-23 dərəcə isti olacaq".
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB