FHN-in Bakı Regional Mərkəzi “SOCAR “Abşeronneft” NQÇİ-də mülki müdafiə məşqi keçirilir -YENİLƏNİR - FOTOLAR

FHN-in Bakı Regional Mərkəzi “SOCAR “Abşeronneft” NQÇİ-də mülki müdafiə məşqi keçirilir -YENİLƏNİR - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Abşeronneft” Neft-qazçıxarma idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilir. SİA xəbər verir ki, məşqə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin qüvvələri, Pirallahı rayon Fövqəladə Hallar Komissiyası və Mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələri, obyektin rəhbər heyəti və Mülki müdafiə dəstələrinin şəxsi heyəti, habelə Milli Aviasiya Akademiyasının tələbələri cəlb edilib.

Təlim başlamamışdan vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə