Yüksək səslə danışmaq uşaqlara necə təsir edir? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

Yüksək səslə danışmaq uşaqlara necə təsir edir? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Uşaqlarla yüksək səs tonu ilə danışmaq onlarda qorxu, həyəcan hissinin yaranmasına səbəb olur". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, uşaqlar ümumiyyətlə səbəbsiz yerə valideynlərinin onların üzərinə qışqırdıqlarını anlamadığı zaman onlarda qəribə bir həyəcan yaranır: "Bu, uşaqlarda danranış pozuntularına səbəb olur. Çox vaxt valideynlər düşünür ki, niyə övladım belə oldu, niyə sözə qulaq asmır. Amma valideynlər anlamalıdır ki, bu, onların övladları ilə danışıq tərzindən asılıdır. Bizim səs tonumuz, yüksək səslə danlamağımız uşaqların psixologiyasına mənfi təsir edir. Bu səbəbdən də onda davranış pozuntuları yaradır. Ona görə də uşaqlarda ünsiyyət zamanı səs tonumuza, davranışlarımıza diqqət yetirməliyik. Onunla qorxutmadan, diksindirmədən, şiddət göstərmədən, vurmadan danışmaq lazımdır. Uşaqlar hər şeyə öyrəşsə belə, səs tonuna öyrəşə bilmir. Sonradan uşaqlar qəflətən qışqırır, ağlayır, aqressivləşir. Bu kimi halların baş verməməsi üçün övladlarımızı düzgün səs tonu ilə, düzgün davranışlarla tərbiyələndirməyi bacarmalıyıq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə