İmişli şəhərində Vətən müharibəsi şəhidi Məmmədli Cavidanın doğum günü qeyd olunub. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin ailəsini ziyarət edib, dərin hüznlə başsağlığı veriblər.
Rayon təşkilatının sədri Səfa Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmalarını qeyd edərək, rayonda da şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərildiyini vurğulayıb. Səfa Ağayev Cavidan Məmmədlinin keçdiyi qısa və mənalı həyat yolundan söz açıb, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəyini bildirib. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Səfa Ağayev Cavidan Məmmədlinin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Daha sonra şəhidin məzarı ziyarət olunub, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Qeyd edək ki, Cavidan Məmmədli Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 7-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB