"Məruzələr gələcəkdə kitablaşdırılacaq” - Aİİ REKTORU DANIŞDI

"Məruzələr gələcəkdə kitablaşdırılacaq” - Aİİ REKTORU DANIŞDI

“Bu gün “İslam Mədəniyyətində Birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçirilir. Əsas məqsəd İslam mədəniyyətindəki tarixi birgəyaşayış ənənəsinin müxtəlif aspektlərini elmi müstəvidə izah edək”. SİA xəbər ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzininbirgə təşkil etdikləri “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpoziumda İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, simpoziumda 10-dan çox ölkənin rektoru, alim və nümayəndələri iştirak edir: “Onlar içərisində Türkiyədən, Pakistandan, Qazaxıstandan, Rusiyadan və bir çox ərəb ölkələrindən iştirak edənlər var”.

Aqil Şirinov sözlərinə belə davam edib: “İki gün ərzində kifayət qədər məruzələr oxunacaq. 100-dən çox məruzənin oxunması nəzərdə tutulur və bu məruzələr gələcəkdə kitablaşdırılacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə