Diplomatik pasportu olan Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edəcək
Diplomatik pasportlara malik Azərbaycan vətəndaşları Kambocaya gedərkən viza tələbindən azad olacaq.
SİA-nın məlumatına görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 23-də keçiriləcək iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib.
Müzakirələrdən sonra sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB