"Valideyni və doğmaları sağlığında axtarmaq lazımdır” - QMİ-nin sədr müavini

"Valideyni və doğmaları sağlığında axtarmaq lazımdır” - QMİ-nin sədr müavini

“Bugünkü tədbir çox əhəmiyyətlidir. Bu tədbir bugünün aktual bir məsələsi və elə bir tələbdir ki, dünya insanı bunları eşidib riayət etməli, birgəyaşayışı anlamalıdır. Çünki nicat bununladır”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzininbirgə təşkil etdikləri “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpoziumda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, bu gün biz Quranın səsini eşitmirik və istədiyimiz kimi yaşamaq həvəsindəyik: “Mən bunun şahidiyəm. Azərbaycanda elə övladlar var ki, valideynlərini bəyənməyib qocalar evinə aparır. Valideyni və doğmaları sağlığında axtarmaq lazımdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə