“Bakıda, Gəncədə, Lənkəranda, Qəbələdə və Sumqayıtda 2 il ərzində 2200-dən çox qazi ilə psixoloji müalicələr apardıq”. SİA xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında türk psixoloq Selcuk Demirtaş bildirib.
O qeyd edib ki, nəticələr olduqca müsbətdir: “Müharibədən gələn qazilərdə travma sonrası stress problemi deyilən bir sindrom yaranıb. Müharibə səbəbilə insanların aldığı travmalarda müftəlif simptomlar yaranır. Bu simptonların başında yuxusuzluq gəlir, daha sonra ciddi baş ağrıları, diksinərək yuxudan oyanma, aqressivlik kimi hallar baş verir. Qazilər yenidən müayinə gəldiyi zaman bu problemlərin bir çoxunun aradan qalxdığını müşahidə edirik. Hazırda seansların 6 ay ərzində davam etməsi nəzərdə tutulub. Amma müraciət artıqca müayinələrə davam edəcəyik. Hazırda 21 nəfərik və Fövqəladə Hallar Nazirliyinin 7 psixoloqu ilə birgə 6 şəhərdə xidmət göstəririk”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB