Stilist-vizajist Anar Ağakişiyev sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib. SİA xəbər verir ki, hazırda Türkiyədə olan Anar Bakıdan müxtəlif şirkətlərdən ona zənglər edildiyini qeyd edib.
Zənglərdən təngə gələn stilist nömrəsini yayanlara üzünü tutaraq sərt reaksiyasını bildirib.
“Artıq dərəcədə xahiş edirəm, nömrəmi yaymayın… Azərbaycanda şirkət qalmayıb. Mənə gah tozsoran, gah xalça yuma şirkətlərindən zəng edirlər. Özü də qəsdən mən xaricdə olanda, telefonumda rominq aktiv olanda zəng edirlər. Xahiş edirəm, zəng etməyin və məni öz siyahınızdan silin”, - deyə, A.Ağakişiyev vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB